Toy kortejində avtoxuliqanlıq edənlər HƏBS EDİLDİ
9-06-2022, 11:01
1 275

Toy kortejində avtoxuliqanlıq edənlər HƏBS EDİLDİ

İyunun 7-də saat 16 radələrində Binəqədi rayonu ərazisində toy kortejində avtoxuliqanlıq edən “VAZ-21214”  və  “VAZ-2106” markalı iki avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 
DİN-dən verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin avtomobillərin sürücüləri - İmişli rayon sakini M.Miradiyev və Abşeron rayon sakini E.Eyvazov barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə protokol tərtib olunub.
Məhkəmənin qərarı ilə onlar 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 1 ay müddətinə inzibati qaydada həbs edilib. 
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Oxşar xəbərlər