Bakıdan İstanbula uçan sərnişindən 30 kq kokain götürüldü - Video
9-06-2022, 20:52
8 874

Bakıdan İstanbula uçan sərnişindən 30 kq kokain götürüldü - Video

Türkiyənin gömrük işçiləri iyunun 8-i İstanbul Hava Limanında Bakıdan İstanbula uçan sərnişin təyyarəsində 30 kiloqram kokain aşkar edib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Bakıdan İstanbula səyahət edən əcnəbi bir şəxs şübhəli olaraq qiymətləndirilib və o, müşahidə altına alınıb. 
Sözügedən şəxsin şübhəli hərəkətlər etdiyi və Meksika-İstanbul uçuşuna aid başqa bir sərnişinin çemodanını götürdüyü məlum olub. Bunun ardınca, həmin şəxsin çantalarında axtarış aparılıb və nəticədə əcnəbi şəxsin yükündən 30 kiloqram kokain aşkar olunub.



Oxşar xəbərlər