Restoranda kütləvi dava: 2 nəfər bıçaqlandı
10-06-2022, 15:00
25 179

Restoranda kütləvi dava: 2 nəfər bıçaqlandı

Novxanı qəsəbəsində kütləvi dava düşüb.
Lent.az xəbər verir ki, hadisə Novxanı-Corat şossesində yerləşən iaşə obyektlərinin birində qeydə alınıb.
Bir neçə nəfərlə əlbəyaxa dava edən 1992-ci il təvəllüdlü Abulov Həmid Əlipaşa oğlu və 1990-cı il təvəllüdlü Əliyev Namid Natiq oğlu bıçaqlanıb. Onların hər ikisi bədənin çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Oxşar xəbərlər