Qadını tapdalayaraq öldürən fil dəfn zamanı da onu dinc qoymadı
14-06-2022, 23:34
9 448

Qadını tapdalayaraq öldürən fil dəfn zamanı da onu dinc qoymadı

Fil Hindistan sakini, 70 yaşlı Maya Murmanı tapdalayaraq öldürüb.

Polis bildirib ki, yaşlı xanım Odişa əyalətində quyudan su götürərkən vəhşi heyvan ona tərəf qaçıb. Fil qadını tapdalayıb və Murman yaxınlıqdakı xəstəxanada aldığı xəsarətlərdən vəfat edib.

Dəfn mərasimi zamanı həmin fil yenidən peyda olub. O, xanımın cəsədini götürərək havaya atıb və qaçıb.

Bundan sonra ailə hindu ayininə uyğun olaraq dini mərasimi tamamlayıb və heyvan bir daha geri qayıtmayıb.

Mənbə: "The New York Post”

Oxşar xəbərlər