Lənkəranda 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb
15-06-2022, 16:24
6 495

Lənkəranda 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb

Lənkəranda azyaşlı 4-cü mərtəbədən yıxılıb.

Hadisə şəhərin Qala xiyabanı küçəsinə 5 mərtəbəli binada baş verib.

2 yaşlı Əlixan Şəhriyar oğlu Bağırov nəzarətdən kənar qaldığından 4-cü mərtəbənin pəncərəsindən yıxılıb.

Ağır xəsarətlər alan azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini kritik-ağır kimi qiymətləndirirlər.

Uşağın Bakıdakı xəstəxanalarından birinə köçürülməsi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər