Nişanlı cütlüyün öldüyü hadisə ilə bağlı cinayət işi açıldı
17-06-2022, 12:28
1 677

Nişanlı cütlüyün öldüyü hadisə ilə bağlı cinayət işi açıldı

Xəbər verdiyimiz kimi, iyunun 12-si  gecə saatlarında Şəkidə toya hazırlaşan nişanlı cütlük qəzaya uğrayıb. "Mersedes” markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü 1990-cı il təvəllüdlü İbrahim Ağalarov hadisə yerində həlak olub. Nişanlısı 1995-ci il təvəllüdlü Günel Göyüşova isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib və iyunun 15-də Şəki Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
Baş vermiş ağır yol qəzası ilə bağlı DİN-in İnstintaq və Təhqiqat Baş İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə açılmış iş 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş açılıb, araşdırmalar aparılır.
 
Qeyd edək ki, cütlüyün iyun ayının 19-u Baləkən rayonunda toyları olacaqdı. Onlar Balakənin Qullar kəndində yanaşı dəfn ediliblər.
Nişanlısından 3 gün sonra vəfat edən Günel Göyüşova AMEA-nın İnformasiya Texnologiyaları İnstitunun əməkdaşı olub. O, həmin institutun 12 saylı şöbəsində mütəxəssis vəzifəsində çalışırmış.

 
 


 

Oxşar xəbərlər