İmişlidə qadın qətlə yetirilib, əri intihar edib
18-06-2022, 10:15
17 941

İmişlidə qadın qətlə yetirilib, əri intihar edib

İmişli rayonunda qadın qətlə yetirilib, əri intihar edib.

Hadisə rayonun Yalavac kəndində baş verib.

Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Əhmədov Mehbalı Xanoğlan oğlu münaqişə zəminində arvadı, 1988-ci il təvəllüdlü Mustafayeva Turanə Vaqif qızını bıçaqla qətlə yetirib. Daha sonra M.Əhmədov bıçaqla özünü öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər