“E-Manat”dan pul oğurlayanlar ələ keçdi
23-06-2022, 11:21
1 459

“E-Manat”dan pul oğurlayanlar ələ keçdi

Bakıda ödəmə terminalından pul oğurlayanlar tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qala qəsəbəsində yerləşən marketlərin birində quraşdırılmış “E-Manat” ödəmə terminalından 1000 manat pul, digər mağazadan isə 211 manat pul, 1289 manat dəyərində tütün məmulatı, alışqan və ətir oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri İ.Mirzəyev və əvvəllər məhkum olunmuş F.Sədullayev müəyyən edilərək saxlanılıblar.

Oxşar xəbərlər