Bakıda 21 yaşlı tələbə dənizdə boğulub öldü
27-06-2022, 13:08
2 032

Bakıda 21 yaşlı tələbə dənizdə boğulub öldü

Bakının Sabunçu rayonunda bir nəfər dənizdə batıb.
Hadisə Pirşağı qəsəbəsində baş verib.
Belə ki, 2001-ci il təvəllüdlü Əhmədov Novruz Elnur oğlu dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Məlumata görə, N.Əhmədov Bakıda kirayədə yaşayırmış. O, Azərbaycan Texniki Universitetin üçüncü kurs tələbəsi olub.
 

Oxşar xəbərlər