Hacıqabulun 24 yaşlı sakini özünü güllələdi
2-07-2022, 12:04
17 549

Hacıqabulun 24 yaşlı sakini özünü güllələdi

Hacıqabul sakini özünə tüfəngdən atəş açıb.
APA-nın məlumatına görə, hadisə Hacıqabul rayonunun İkinci Udullu kəndində qeydə alınıb.
Kənd sakini, 1998-ci il təvəllüdlü Abbasov Mərhəmət Mübariz oğlu özünü ov tüfəngi ilə güllələyib.
Şirvan Şəhər Xəstəxanasına çatdırılan yaralı əməliyyat olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər