Faciə: Qadın 2 azyaşlı uşağı ilə birlikdə özünü balkondan atdı
2-07-2022, 14:04
17 049

Faciə: Qadın 2 azyaşlı uşağı ilə birlikdə özünü balkondan atdı

Rusiyanın Volqoqrad şəhərində faciə baş verib.
 Mk-ru xəbər verir ki, bu şəhərdə yaşayan azərbaycanlı qadın azyaşlı uşaqları ilə birlikdə özünü balkondan atıb.
İyulun 29-da qeydə alınmış hadisədə ölənlərin adları hələlik bildirilmir.  
Qadın 2 azyaşlı qızları birlikdə yaşayış binasının 16-cı mərtəbəsindən özünü aşağı atıb. Uşaqlar aldıqları xəsarətlərdən yerindəcə keçiniblər. Qadın da ölüb. 
Mərhumlar yerli qəbiristanlıqda dəfn olunublar. Amma əvvəlcə onları müsəlman adət-ənənələrinə uyğun olaraq vətənində, Azərbaycanda dəfn etmək düşünülüb, lakin sonradan mərhumların yaxınları fikrini dəyişib.

Oxşar xəbərlər