Hadisə
2-07-2022, 21:08
17 224
Həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Ukraynada qətl törətməkdə təqsirləndirilən Azərbaycan vətəndaşının məhkəməsi başlayır.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Azərbaycan vətəndaşı Ağayev Davud Şahəddin oğlunun 3 iyul 2018-ci il tarixdə Kiyev şəhərində odlu silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukraynanın istintaq qurumunda başlanmış cinayət işi 2020-ci ilin okyabrın 21-də istintaqın davam etdirilməsi üçün Azərbaycanın Baş Prokurorluğuna göndərilib.
Aparılmış istintaq tədbirləri ilə Azərbaycan vətəndaşı Həsənov Yasin Teymur oğlunun şəxsi münaqişə zəminində baş vermiş və uzun müddət ərzində davam etmiş mübahisə ilə əlaqədar Davud Ağayevi qəsdən öldürməklə ondan qisas almaq məqsədi ilə tanışı Xəlilov Valeh Zaman oğlu və s. şəxslərlə qabaqcadan əlbir olub. Kiyev şəhəri, Bolşaya Vasilkovskaya küçəsində Davud Ağayevə yaxınlaşıb yaxın məsafədən bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə atəş açaraq onu qəsdən öldürməsinə, daha sonra isə əlbir olduğu şəxslərlə birlikdə gəldikləri avtomobillə hadisə yerindən qaçmasına dair əsaslı şübhələr müəyyən edilib.
Yasin Həsənova Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 12.1, 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddələri ilə yekun ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bundan başqa, Valeh Xəlilov və qrupun digər istintaqla müəyyən edilməyən üzvləri barəsində cinayət işi ayrılmaqla hazırda istintaq davam etdirilir.