Füzulidə kanaldan meyiti tapılan şəxs 11-ci sinif şagirdi imiş
5-07-2022, 10:29
1 678

Füzulidə kanaldan meyiti tapılan şəxs 11-ci sinif şagirdi imiş

Füzulidə ötən gün kanaldan tapılan şəxsin kimliyi məlum olub.
Həmin şəxs 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğludur. Z.Süleymanov 11-ci sinifi bu il bitirib. O, "Son zəng" tədbirindən bir müddət əvvəl itkin düşmüşdü.
Qeyd edək ki, ötən gün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Baş Mil kanalında axtarışlar zamanı onun meyiti tapılaraq çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər