Atı güllələyərək öldürən şəxs tutuldu
5-07-2022, 14:45
7 459

Atı güllələyərək öldürən şəxs tutuldu

Ağcabədi Rayon Polis Şöbəsinə iyulun 4-də Sarıcalı kənd sakini E.Məmmədova məxsus atın kənd ərazisində tüfənglə öldürülməsi barədə məlumat daxil olub.

DİN-in mətbuat xidməti xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində bu əməli törətməkdə şübhəli bilinən kənd sakini Emin Əliyev müəyyən edilərək saxlanılıb.

Ondan "Churchil” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

Oxşar xəbərlər