Ata həbsdəki oğluna narkotik keçirmək istədi
6-07-2022, 17:10
7 868

Ata həbsdəki oğluna narkotik keçirmək istədi

Bakıda təcridxanaya narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Bakı İstintaq təcridxanasının əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məhkum Cavid Səfərova atası Nizami Səfərov tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı orada olan şalvarın yan cibində gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 0,060 qram olan narkotik maddə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər