Qəzaya düşdü, arvadı ilə birlikdə öldü
7-07-2022, 10:36
1 777

Qəzaya düşdü, arvadı ilə birlikdə öldü

İyulun 6-da saat 16 radələrində Şabran rayonunun Gəndob kəndi ərazisində rayon sakini Aydın Məmmədovun idarə etdiyi “VAZ-21074” və Xaçmaz şəhər sakini Nazim Səlimovun idarə etdiyi “VAZ-21061” markalı avtomobillər toqquşub.
DİN-dən verilən xəbərə görə, nəticədə hər iki sürücü və N.Səlimovun sərnişini olan həyat yoldaşı Üzülfət hadisə yerində ölüblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər