Nisyə siqaret vermədiyinə görə qadını qətlə yetirdi - TƏFƏRRÜAT (YENİLƏNİB)
7-07-2022, 11:39
1 958

Nisyə siqaret vermədiyinə görə qadını qətlə yetirdi - TƏFƏRRÜAT (YENİLƏNİB)

Yardımlı rayonunda baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.
Firqət Məstiyev Gülxar Məmmədovanın sahibi olduğu mağazaya daxil olaraq nisyə siqaret götürmək istəyib. Qadın ona icazə vermədikdə isə F.Məstiyev G.Məmmədovanı balta ilə qətlə yetirib. Firqət Məstiyev subay olub və kənddə tüfeyli həyat keçirən şəxs kimi tanınıb.
Mərhum qadının həyat yoldaşı isə bir neçə il öncə dünyasını dəyişib. Onun bir oğlu var. Oğlu və gəlini ilə birlikdə yaşayırmışlar. 

***
09:38
İyulun 6-ı saat 22 radələrində Yardımlı rayonu, Ostair kənd sakini 1962-ci il təvəllüdlü Gülxar Məmmədovanın yaşadığı evin həyətyanı sahəsində yerləşən ərzaq mağazasında üzərində qətl əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Yardımlı rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1985-ci il təvəllüdlü Firqət Məstiyevin qeyd edilən tarixdə Gülxar Məmmədovaya məxsus ərzaq mağazasına daxil olub əlindəki balta ilə sonuncunun baş və boyun nahiyələrinə xəsarətlər yetirərək onu öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yardımlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Firqət Məstiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər