Keçmiş məhkumlar bu dəfə narkotikə görə tutuldular
9-07-2022, 16:56
19 659

Keçmiş məhkumlar bu dəfə narkotikə görə tutuldular

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Emin Qəhrəmanov və Anar Əhmədov saxlanılıblar. E.Qəhrəmanovun evindən 48 qramdan artıq heroin, 24 qramdan artıq metamfetamin və marixauana, A.Əhmədovun evindən isə külli miqdarda heroin və metamfetamin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər