Azərbaycanda iş adamının oğlu dəhşətli qəzada həlak oldu
11-07-2022, 14:13
8 563

Azərbaycanda iş adamının oğlu dəhşətli qəzada həlak oldu

Dünən gecə saatlarında Neftçala rayonunun Dördlər kəndində ağır yol qəza hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, 2000-ci il təvəllüdlü Neftçala rayon Dördlər kənd sakini Əsədli Sərxan Rövşən oğlu idarə etdiyi 99 VT 941 dövlət qeydiyyat nişanlı Mercedes markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Hadisə nəticəsində avtomobil yoldan çıxaraq aşıb və sürücü ağır kəllə -beyin travması alıb. Yaralı hadisə yerinə gələn Təcili Tibbi Yardım heyəti tərəfindən  Neftçala Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Yenisabah.az - ın əldə etdiyi məlumata görə qəza nəticəsində vəfat edən şəxs Dördlər kəndində yerləşən "Dördlər" şadlıq sarayının sahibinin oğludur.

 


Oxşar xəbərlər