Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, son günlərdə DSX-nin əməkdaşları 1200 kiloqram yabanı halda bitən çətənə kolunu yandıraraq məhv edib, 52 kiloqram 880 qram narkotik vasitənin, 3240 ədəd psixotroptərkibli həblərin və 42 kiloqram 165 qram dərman preparatlarının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısını alıb.
İyun ayının 12-də saat 03:50-də Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra qaçaqmalçılar əllərindəki bağlamaları yerə ataraq ərazinin qayalıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə İİR istiqamətinə qaçıblar. Sərhəd pozucularının təqibi zamanı 1 nəfər naməlum şəxsin havanın qaranlıq olmasından istifadə edərək yaxınlıqdakı yaşayış məntəqəsinə doğru qaçması müşahidə olunub. Hazırda həmin şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi üzrə axtarış tədbirləri davam etdirilir.
Həmin ərazi dərhal qapadılaraq keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində qayalıq və sıx kolluqların arasında gizlədilmiş 4 ədəd bağlamanın içərisində ümumi çəkisi 8 kiloqram 800 qram narkotik vasitəyə (1 kq “tiryək”, 7 kq 800 qr “marixuana”) bənzər maddələr, 700 ədəd psixotrop tərkibli “metadon-40” həbi və 42 kiloqram 165 qram müxtəlif növ dərman preparatları aşkar olunaraq götürülüb.
İyun ayının 19-da saat 18:30-da Biləsuvar rayonunun 8 saylı qaçqın qəsəbəsinin yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, xidməti ərazi qapadılıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə yulğun ağacının altında gizlədilmiş 2 ədəd bağlama içərisində təxmini çəkisi 24 kiloqram 200 qram narkotik vasitəyə (23 kq 700qr “marixuana”, 400 qr “heroin”, 100 qr “metamfetamin”) bənzər maddələr və 1200 ədəd “preqabalin” həbi aşkar olunaraq götürülüb.
İyul ayının 4-də saat 11:00-da “Xaş-Xaş-2022” şərti ad altında həyata keçirilmiş kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Zəngilan rayonunun Bürünlü kəndinin sərhəd xəttinə yaxın olan ərazisində yabanı halda bitmiş narkotik xassəli 1713 ədəd ümumi çəkisi 1200 kiloqram yabanı halda bitmiş çətənə kolları yerli şəhər polis şöbəsi əməkdaşlarının, ekologiya və təbii sərvətlər nazirliyinin əməkdaşlarının iştirakı ilə birgə toplanılaraq, komision şəkildə yandırılma yolu ilə məhv edilib.
İyul ayının 07-də saat 00:15-də Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 1 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb, sərhəd pozucusunun təqibinə başlanılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra qaçaqmalçı əlindəki bağlamanı yerə ataraq havanın qaranlıq, ərazinin isə sıx kolluq və qamışlıq olmasından istifadə edərək geriyə İİR istiqamətinə qaçıb.
Ərazidə aparılan axtarış tədbirləri nəticəsində 1 ədəd qara rəngli bağlamanın içərisində ümumi çəkisi 4 kiloqram 355 qram narkotik vasitəyə (1 kq 335 qr “tiryək” və 3 kq 20 qr “marixuana”) bənzər maddələr aşkar olunaraq götürülüb.
İyul ayının 8-də saat 14:00-da Astara rayonunun Hamuşam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırıb, ərazi qapadılıb, sərhədboyu zolağ və nəzarətedici vasitələr yoxlanılaraq sərhəd axtarışına başlanılıb.
Dövlət sərhədinin pozulması ilə əlaqədar keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saat 17:30 radələrində Astara rayonunun Diquli kəndi yaxınlığında 3 nəfərin şübhəli hərəkətləri sərhədçilərin diqqətini cəlb edib. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan naməlum şəxslər hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıb. Onların Ağstafa rayon sakini 1992-ci il təvəllüdlü Musayev Famil Nəcəf oğlu, Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Ağalarov Mirəli Ramiq oğlu və Füzuli rayon sakini 1998-ci il təvəllüdlü Əliyev Asər Habil oğlu olmaları müəyyənləşdirilib, üzərlərindəki 2 ədəd bel çantasına baxış zamanı təxmini çəkisi 6 kiloqram 625 qram narkotik vasitə “marixuana”ya və 1340 ədəd psixotrop tərkibli “metadon-40” həbinə bənzər maddələr aşkar olunaraq götürülüb.
Araşdırma zamanı qeyd olunan şəxsləri qarşılamaq və onlara qaçaqmalın daşınmasında köməklik etmək məqsədilə sərhədboyu əraziyə gələn ağ rəngli “Niva” markalı 99-KE-484 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Tovuz rayon sakini 1996-cı il təvəllüdlü Məmmədov Vüqar Məhəmməd oğlu və onu müşayiət edən Qobustan rayon sakini 1994-cü il təvəllüdlü Mansurlı Nicat Dədəxan oğlu müəyyənləşdirilərək Diquli kəndi yaxınlığında saxlanılıb.
İyul ayının 11-də saat 13:15-də Zəngilan rayonunun Vejnəli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sahibsiz halda kolluqluqların arasında gizlədilmiş 1 ədəd ağ bağlamanın içərisində təxmini çəkisi 8 kiloqram 900 qram narkotik vasitə “marixuana”ya bənzər maddələr aşkar olunaraq götürülüb.
Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Hadisə
13-07-2022, 10:37
1 754
İranla sərhəddə İNSİDENT: Saxlanılanlar var (FOTOLAR)
Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb.
Oxşar xəbərlər
Son Xəbərlər
-
09:00
ŞƏHİD ƏMANƏTLƏRİNƏ TƏŞƏKKÜR SÜFRƏSİ… - Cəlal Qurbanov: “Şəhid ailələri bizim ən dəyərli ünvanımızdır!” / Video, Foto
-
03:10
Cavanşir Qurbanov Prezident tərəfindən təltif edildi-FOTOLAR/VİDEO
-
02:29
Cəlal Qurbanov Novruz bayramı münasibəti ilə Səmayə ananın timsalında bütün Şəhid Analarını təbrik edib
-
14:43
Cəlal Qurbanov- 44 YAŞ
-
18:35
Şəhid əmanətlərinin Novruz tonqalı Şahdağda qalandı
-
18:39
Bakıda sıfır dərəcəyə yaxın şaxta olub, qar yağır - FAKTİKİ HAVA
-
18:36
Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi Səudiyyə Ərəbistanının nüfuzlu xəbər saytında dərc olunub
-
18:28
Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur
-
18:23
Ərdoğanın sədrliyi ilə təhlükəsizlik toplantısı keçirilir
-
18:12
Azərbaycan Belarusdan taxta-şalban idxal edən ölkələr sırasında ilk üçlükdədir
-
18:09
Nigerdə silahlıların hücumu nəticəsində 3 nəfər həlak olub
-
18:05
Türkiyədə sosial şəbəkələrdə terrorçuların təbliğatını aparan 110 nəfər müəyyən edilib - YENİLƏNİB
-
18:02
BMT-nin helikopteri Afrikada qəzaya uğrayıb
-
18:00
“Moody's”: “Türkiyədə inflyasiya ilin ikinci yarısında yavaşlamağa başlayacaq”
-
17:56
Emre Can ilin ən yaxşısı seçildi
-
17:49
"Neftçi" Türkiyədəki ikinci yoxlama oyununda məğlub olub
-
17:44
Tayvan administrasiyasının yeni seçilən başçısı Çinlə dialoq istədiyini bildirib
-
17:39
Sürücülük təcrübəsi az olan şəxslərə xəbərdarlıq edildi
-
17:25
Yaponiyada şüşəsi çatlayan təyyarə məcburi eniş edib
-
17:21
Aygün Bəylər qızına bunları demişdi...
-
17:17
Göygöldə "Mercedes" yandı
-
17:14
Elza Seyidcahanın papağını LAĞA QOYDU - FOTO
-
17:05
İsrail ordusu HƏMAS-ın komanda mərkəzi və qərargahının məhv edildiyini açıqlayıb
-
17:02
Bayden Husiləri terrorçu adlandırdı
-
16:58
Fransada Xan qızına görə etiraz aksiyası keçirilir
-
16:52
Şəkidə iki mərtəbəli evdə yanğın olub
-
16:46
Məzahir Pənahov MSK-nın veb-kameralar quraşdırıldığı 1000 seçki məntəqəsində yanğın təhlükəsizliyi kameralarının olmamasını vacib sayıb
-
16:43
Sürücülük təcrübəsi az olan şəxslərə xəbərdarlıq edilib
-
16:37
Növbədənkənar Prezident seçkilərini izləmək istəyən müşahidəçilərin sayı açıqlanıb
-
16:34
Seçkiqabağı təşviqatın aparılması üçün 22 gün vaxt verildi
-
16:31
Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 220 nəfərə çatıb
-
16:27
DYP: "Sürücülərin buz bağlayan yollarda avtomobil idarə etməmələri tövsiyə olunur"
-
16:20
Nyu-York küçələrində görüntüləndi
-
16:13
FIFA Braziliya və Argentinanı cərimələyib
-
16:09
Tramp əsassız məhkəmə iddiası ilə bağlı təzminat verəcək
-
16:06
Anasının yeriyə bilmədiyini deyib ağladı
-
16:02
“Jewish Journal”: “Ermənistanda sinaqoqun yandırılması antisemitizmlə bağlı yeganə əlamət deyil”
-
15:57
Yanvarın 14-16-da yollar buz bağlayacaq - Xəbərdarlıq
-
15:53
"Neftçi" bu gün Almaniya klubu ilə üz-üzə gələcək
-
15:50
Sevgilisinə hücum edən aktyor filmdən uzaqlaşdırıldı
-
15:47
İsveç 10 ildən sonra Aİ-nin ən çox məhbusu olan ölkəsinə çevrilə bilər
-
15:43
36 min nəfər serialdan şikayət edib...
-
15:39
Azərbaycanlı məşhurların əsl yaşları - ŞOK OLACAQSINIZ
-
15:33
Cennifer Lopez: "Ərim üçün narahat olmasınlar! O xoşbəxtdir" - FOTO
-
15:30
"İçimdəki qadın" kitabı 2 milyondan çox satıldı
Top 5
- Bu Gün
- Bu Həftə
- Bu Ay
-
Cəlal Qurbanov- 44 YAŞ
14:43 -
Cəlal Qurbanov Novruz bayramı münasibəti ilə Səmayə ananın timsalında bütün Şəhid Analarını təbrik edib
02:29 -
Cavanşir Qurbanov Prezident tərəfindən təltif edildi-FOTOLAR/VİDEO
03:10 -
ŞƏHİD ƏMANƏTLƏRİNƏ TƏŞƏKKÜR SÜFRƏSİ… - Cəlal Qurbanov: “Şəhid ailələri bizim ən dəyərli ünvanımızdır!” / Video, Foto
09:00