Şabran polisi əməliyyat keçirdi: Saxlanılan var
27-07-2022, 13:26
1 797

Şabran polisi əməliyyat keçirdi: Saxlanılan var

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, Mehman Dadaşovun üzərinə və yaşadığı evə baxış keçirilən zaman oradan yarım kiloqrama yaxın marixuana və 7 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri aşkar edilib.
Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə M.Dadaşovun barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər