Ər qəza törətdi, arvadı öldü
28-07-2022, 12:06
1 575

Ər qəza törətdi, arvadı öldü

İyulun 27-də saat 21 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində kənd sakini F.Tağıyevin və Qovlar şəhər sakini Rəmzi Əliyevin idarə etdikləri “VAZ-2106” markalı iki avtomobil toqquşub. 
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, nəticədə F.Tağıyevin sərnişinlərindən həyat yoldaşı Rəna hadisə yerində ölüb.
Özü və 2 sərnişini, eləcə də digər sürücü xəstəxanaya yerləşdiriliblər. 
Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər