Yük və minik maşınları toqquşdu - ölən və yaralı var
28-07-2022, 18:30
6 629

Yük və minik maşınları toqquşdu - ölən və yaralı var

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Apa xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Armudpadar kəndi ərazisində qeydə alınıb.
“BMW" və "Toyota Prado" markalı minik avtomobilləri ilə "KamAZ" markalı yük maşınlarının toqquşması nəticəsində 1962-ci il təvəllüdlü Cəlil Güləhmədov ölüb.
Quba rayon sakini, 1985-ci il təvəllüdlü Zaur Nüsrət oğlu Quliyev isə ağır dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər