Ərlərini öldürən 3 qadın EDAM EDİLDİ
29-07-2022, 14:37
7 629

Ərlərini öldürən 3 qadın EDAM EDİLDİ

İran İnsan Haqları (IHRNGO) qeyri-hökumət təşkilatı  Sənəndəc mərkəzi həbsxanasında həyat yoldaşlarını öldürdükləri üçün 3 qadının edam edildiyi açıqlayıb. 
Qeyri-hökumət təşkilatının məlumatına görə, Qadın və Ölüm Cəzası Hesabatına əsasən, 2010-2021-ci illər arasında İranda 164 qadın ölüm hökmünə məruz qalıb. 
164 qadından 6-nın uşaq gəlin olduğu vurğulanıb. Qətl hadisələrinin 66 faizində qadınların ərlərini və ya ortaqlarını öldürməkdə günahkar olduğu bildirilib.

Oxşar xəbərlər