Dənizdə batan şəhid oğlu və qazinin axtarışları davam etdirilir
29-07-2022, 17:25
7 271

Dənizdə batan şəhid oğlu və qazinin axtarışları davam etdirilir

Xəbər verdiyimiz kimi dünən gecə saatlarında 2 nəfər Lökbatan ərazisində dənizdə ehtiyatsızlıqdan batıb. 
Gün ərzində axtarışlar heç bir nəticə vermədiyi üçün əraziyə əlavə qüvvələr cəlb edilib.
Bu barədə saytımıza Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir:
“28 iyul 2022-ci il tarixində axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində dənizdə batdığı bildirlən 2 nəfərin axtarışına FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin 13 nəfər şəxsi heyəti və 3 ədəd texnikası cəlb olunub". 
Qeyd edək ki, batan şəxslər Nicat Allahverdiyev və Sübhan Zöhrabov olublar.
Bildirilib ki, Nicat Allahverdiyevin atası Hüseyn Allahverdiyev Birinci Qarabağ müharibəsində 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. Sübhan Zöhrabov isə Vətən müharibəsi qazisidir.
Mövzunu diqqətdə saxlayacağıq. 

Oxşar xəbərlər