Xəzərdə batan balıqçılardan birinin meyiti tapılıb
30-07-2022, 11:00
1 475

Xəzərdə batan balıqçılardan birinin meyiti tapılıb

İyulun 28-də axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində dəniz sahilində 2 nəfərin balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən şəxslərdən biri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin sakini 1992-ci il təvəllüdlü Allahverdiyev Nicat Hüseyn oğlunun cəsədi tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, onun meyiti bu gün səhər saatlarında batdığı yerdən, təxminən, 200 metr aralıda aşkarlanıb.

Mərhumun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Bakı” dalğıc-axtarış qrupunun dalğıcları tərəfindən dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Batdığı ehtimal olunan digər şəxsin axtarışları davam etdirilir.

Nazirlikdən qeyd olunub ki, əlavə məlumat veriləcək.

Oxşar xəbərlər