Salyanda qadın özünü bıçaqladı
30-07-2022, 13:45
17 501

Salyanda qadın özünü bıçaqladı

Salyanda bıçaqlanma hadisəsi baş verib.
 
Pravda.az-ın məlumatına görə, hadisə Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Əhmədzadə Sevinc Rafael qızı bir neçə bıçaq xəsarəti ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
 
Yaxınlarının bildirdiyinə görə, 43 yaşlı qadın özü-özünə bıçaq xəsarətləri yetirib.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər