Başı avtobusun qapıları arasında qaldı, öldü
1-08-2022, 18:10
7 142

Başı avtobusun qapıları arasında qaldı, öldü

Moskvanın cənub-qərbində şəxsi avtobus sürücüsünün meyiti tapılıb.
Bu barədə Moskva Nəqliyyat Departamenti öz Telegram kanalında məlumat yayıb.
Deptrans-ın məlumatına görə, kişi meyiti iyulun 31-də tapılıb, o, marşrutun son dayanacağında şəxsi avtobusun salonunda olub.
Eyni zamanda, Telegram kanalı "MK: Təcili xəbərlər" sürücünün başının avtobusun avtomatik qapıları ilə sıxışdırıldığını aydınlaşdırıb və bu versiyanı təsdiqləyən fotonu dərc edib.
Deptrans qeyd edib ki, hadisə ilə bağlı araşdırma başlayıb. "Ölümün səbəbləri hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilir", - idarədən bildirilib.

Oxşar xəbərlər