Keçmiş məhkum bu dəfə maşın oğurluğuna görə tutuldu
2-08-2022, 19:20
10 253

Keçmiş məhkum bu dəfə maşın oğurluğuna görə tutuldu

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə avqustun 1-də Türkan qəsəbəsi ərazisindən qəsəbə sakini A.Cəfərova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Kərimov avtomobillə birgə saxlanılıb. 
Xəzər RPİ tərəfindən araşdırma aparılır. 

Oxşar xəbərlər