Sumqayıtda bu avtosalonda avtomobildən meyit tapılıb - FOTO (YENİLƏNİB)
2-08-2022, 11:41
1 047

Sumqayıtda bu avtosalonda avtomobildən meyit tapılıb - FOTO (YENİLƏNİB)

Xəbər verdiyimiz kimi, Sumqayıtda avtosalonda avtomobildn meyit tapılıb.
Xeberle.com-a həmin avtosalonun adı məlum olub. Əldə etdiyimiz məlumata görə, sözügedən avtosalon Sumqayıt maşın bazarının qarşısında olan "Avtosalon 001"-dir.
xxx
18:49
Sumqayıtda avtosalonların birində maşında meyit tapılıb.
Hadisə Sumqayıt şəhəri ərazisində avtomobil satışı ilə məşğul olan obyektlərin birində qeydə alınıb. Belə ki, "Lada Priora” markalı avtomobildə kişi meyiti aşkarlanıb. Meyitə baxış zaman onun 1971-ci il təvəllüdlü Məmmədov Dadaş Hacı oğlu olduğu müəyyən edilib. Məlumata görə, 51 yaşlı D. Məmmədov həmin salonda gözətçi işləyirmiş. Araşdırma zamanı onun bir neçə gün öncə öldüyü məlum olub.
Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.


Oxşar xəbərlər