Hadisə
4-08-2022, 17:09
7 247
"20 Yanvar"da betonqarışdıran maşın AŞDI
Bakıda betonqarışdıran maşın aşıb.
Hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb.
Belə ki, hərəkətdə olan betonqarışdıran maşın dönmə hərəkətini yerinə yetirən zaman idarəetmədən çıxaraq aşıb. Nəticədə yük avtomobilinin içərisində olan beton yola dağılıb, ərazidə nəqliyyatın hərəkəti çətinləşib.
Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Faktla bağlı araşdırma aparılır.