“VAZ-2107” ilə avtoxuliqanlıq edən şəxs həbs olundu - FOTO
5-08-2022, 20:30
9 099

“VAZ-2107” ilə avtoxuliqanlıq edən şəxs həbs olundu - FOTO

Ağdamda avtoxuliqanlıq edən şəxs həbs edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində idarə etdiyi “VAZ-2107” markalı avtomobillə xuliqanlıq edərək rayon ərazisində ictimai qaydanı nümayişkaranə şəkildə pozan rayonun Şotlanlı kənd sakini Elvin Fərzəliyev saxlanılıb. İdarəsində olan avtomobil müvəqqəti duracağa yerləşdirilib.
E.Fərzəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəminin qərarı o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.
  • “VAZ-2107” ilə avtoxuliqanlıq edən şəxs həbs olundu - FOTO

Oxşar xəbərlər