Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edildi
5-08-2022, 22:39
9 210

Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edildi

Avqustun 4 -də saat 17:45-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Baş komanda idarəetmə mərkəzinə “Abşeron Milli Parkı”nın Şahdili burnu ərazisində 2 nəfər şəxsin dənizdə batma təhlükəsi barədə məlumat daxil olub.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, qısa müddət ərzində Sahil Mühafizəsinin xidmətdə olan “Şahdağ” sərhəd gözətçi gəmisi həmin istiqamətə göndərilərək xilasetmə əməliyyatına cəlb edilib.
Saat 18:15-də Şahdili burnunun qərb istiqamətində, sahildən təxminən 1000 metrədək məsafədə köməksiz vəziyyətdə qalmış Abşeron rayon Masazır qəsəbə sakinləri 22 oktyabr 1995-ci il təvəllüdlü Əsədov Hüseyn Sultan oğlu və 31 mart 1991-ci il təvəllüdlü Novruzlu Nicat Elşad oğlu sərhədçilər tərəfindən xilas edilərək, ilkin tibbi yardım göstərildikdən sonra “Abşeron Milli Parkı” ərazisində sahilə çıxarılıblar.

Oxşar xəbərlər