Üç ay əvvəl itkin düşən şəxsin meyiti tapıldı
6-08-2022, 15:10
19 641

Üç ay əvvəl itkin düşən şəxsin meyiti tapıldı

Mayın 2-də itkin düşən Ağdaş şəhər sakini, 1949-cu il təvəllüdlü Çingiz Kərimovun meyiti tapılıb.

73 yaşlı şəxsin meyiti Yuxarı Şirvan su kanalının Göyçay rayonunun Şəhadət kəndi ərazisindən keçən hissəsində aşkarlanıb.

Ölüm faktı ilə bağlı araşdırma aparılır.

Oxşar xəbərlər