Şirvanda körpə doğuş zamanı ÖLDÜ
9-08-2022, 11:56
1 875

Şirvanda körpə doğuş zamanı ÖLDÜ

Şirvan Doğum evində doğuş zamanı körpə ölümü baş verib
Apa xəbər verir ki, ötən gecə Şirvan Doğum evində Sabirabad rayonunun Məmişlər kənd sakini, 2001-ci il təvəllüdlü Bünnətova Elnurə Fariz qızı oğlan uşağı dünyaya gətirib.
Ailə üzvlərinin bildirdiyinə görə körpə doğuş zamanı ölüb. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər