24 yaşlı qadın itkin düşdü
12-08-2022, 13:32
1 752

24 yaşlı qadın itkin düşdü

Şəmkirdə itkin düşən şəxs axtarılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir rayon Aşağı Seyfəli kənd sakini, 1998-cu il təvəllüdlü Asimə Məmmədova avqustun 7-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
A.Məmmədovanın əlamətləri belədir - boyu 168 sm, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində sarı köynək, qəhvəyi rəngli don olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (050) 341-05-58 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
  • 24 yaşlı qadın itkin düşdü

Oxşar xəbərlər