Almaniyada əyləncə parkında fəlakət: İki sürət qatarı TOQQUŞUB
12-08-2022, 17:32
7 160

Almaniyada əyləncə parkında fəlakət: İki sürət qatarı TOQQUŞUB

 Almaniyanın cənubundakı Bavariya əyalətinin Günzburq şəhərindəki Leqoland əyləncə parkında dəhşətli qəza baş verib. İki roller sürət qatarının toqquşduğu qəzada 2-si ağır olmaqla cəmi 34 nəfər yaralanıb. Qəzadan sonra başlayan yanğına hadisə yerinə göndərilən 3 helikopter və xilasetmə qrupları tərəfindən müdaxilə edilib. Qəzanın səbəbi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Oxşar xəbərlər