Siyəzəndə "QAZ-69" aşdı - Ölən və yaralananlar var
15-08-2022, 14:24
7 640

Siyəzəndə "QAZ-69" aşdı - Ölən və yaralananlar var

Avqustun 14-də saat 7 radələrində Siyəzən rayonunun Dağ Quşçu kəndi ərazisində Şabran rayon sakini G.İbrahimov idarə etdiyi “QAZ-69” markalı avtomobili aşırıb.
Nəticədə G.İbrahimovun sərnişini Ənvər Turbətov hadisə yerində ölüb, özü və digər 3 sərnişin xəstəxanaya yerləşdirilib. 
Siyəzən RPŞ-də araşdırma aparılır.

Oxşar xəbərlər