Lənkəranda FACİƏ: “Opel” aşdı, sürücü öldü
3-09-2022, 12:36
17 875

Lənkəranda FACİƏ: “Opel” aşdı, sürücü öldü

Sentyabrın 2-də saat 23 radələrində Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində rayon sakini Vüsal Babayev idarə etdiyi “Opel” markalı avtomobili aşırıb. 
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumatda bildirilib.
Qeyd edilib ki, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü ölüb.
Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Oxşar xəbərlər