Gəncədə evdən 14500 dollarlıq qızıl oğurlandı
5-09-2022, 22:26
9 197

Gəncədə evdən 14500 dollarlıq qızıl oğurlandı

Gəncə şəhəri ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlanıb.
DİN-dən verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də şəhər ərazisindəki evlərin birindən 14500 ABŞ dolları və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibəsinin oğlu V.Səfərov saxlanılıb.
Araşdırma aparılır.

Oxşar xəbərlər