Qardaşı arvadını və övladlarını öldürməklə hədələdi, işə polis qarışdı
6-09-2022, 12:01
1 986

Qardaşı arvadını və övladlarını öldürməklə hədələdi, işə polis qarışdı

Sabirabad Rayon Polis Şöbəsinə Qarağac kənd sakini olan bir qadının və övladlarının öldürüləcəkləri ilə hədələnmələri barədə müraciət daxil olub.
DİN-dən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən həmin qadının qaynı R.Süleymanov müəyyən edilərək saxlanılıb. Ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.

Oxşar xəbərlər