Bakıda avtomobil ana və 2 yaşlı qızını vurub
6-09-2022, 13:15
1 842

Bakıda avtomobil ana və 2 yaşlı qızını vurub

Bakıda avtomobil ana və qızını vuraraq xəsarət yetirib.

Hadisə Nizami rayonunda qeydə alınıb.

"Xalqlar dostluğu" metrostansiyasının yaxınlığında 1989-cu il təvəllüdlü Süleymanova Roza Abbas qızı və qızı 2020-ci il təvəllüdlü Süleymanova Mələk Elşad qızı yolu keçərkən avtomobil onları vurub.

Yaralılar təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı R.Süleymanovaya açıq kəllə-beyin travması, M.Süleymanovaya isə qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər