15 yaşlı dayısı qızını qaçıran kişi həbs olundu
6-09-2022, 15:06
7 311

15 yaşlı dayısı qızını qaçıran kişi həbs olundu

Ağdaş Rayon Məhkəməsində 15 yaşlı dayısı qızını qaçıraraq onunla cinsi əlaqədə olan 1993-cü il təvəllüdlü Səlim Məhərrəmliyə hökm oxunub.
O, Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilinib.
Hadisə 2021-ci ildə Ağdaş rayonunda baş verib. Belə ki, 28 yaşlı Səlim Məhərrəmovun doğma dayısı qızı olan  2006-cı il təvəllüdlü Aidə Qulamova ilə aralarında sevgi münasibəti yaranıb. Onlar evlənmək məqsədilə qaçıb və həmin gündən etibarən aralarında ər-arvad münasibəti yaranıb. Daha sonra 15 yaşlı qız hamilə qalıb və 2022-ci ildə onun qız övladı dünyaya gəlib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Səlim Məhərrəmli bildirib ki, Aidə ilə aralarında sevgi münasibəti 2019-cu ildən, Aidə 13 yaşında olarkən yaranıb: “Ailələrimiz arasında heç bir düşmənçilik və ədavət olmayıb. Aidə ilə evlənmək qərarına gəldik, ancaq ailələrimizin razı olmayacağını düşündüyümüz üçün qaçmağı qərarlaşdırdıq. Aidə ilə mənim evimə getdik. İlk dəfə orada cinsi əlaqədə olduq. Daha sonra Bakı şəhərində kirayə ev tutdum və orada yaşamağa başladıq. Aidənin hamilə qaldığını öyrənəndən sonra Ağdaşda Samirə şadlıq sarayında oğlan toyumuz oldu. 2022-ci ildə Göyçay rayon xəstəxanasında qız övladımız dünyaya gəldi”.
Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Aidə Qulamova ifadəsində göstərib ki, Səlim onun doğma bibisi oğludur. O qeyd edib ki, onlar Səlim ilə bir-birilərini sevərək ailə qurub və özü könüllü olaraq Səlim ilə cinsi əlaqədə olub. 
Məhkəmənin hökmü ilə S. Məhərrəmliyə bir il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Oxşar xəbərlər