Oğuzda ağır yol qəzası - Sürücü öldü
10-09-2022, 12:45
17 961

Oğuzda ağır yol qəzası - Sürücü öldü

Oğuzda 2 avtomobil toqquşub, sürücülərdən biri ölüb.
Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Ford Tranzit" markalı yük avtomobili ilə "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində "VAZ-2107"nin sürücüsü, Cəlal Rəhim oğlu Quliyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər