Üç ay əvvəl evlənən cütlük ağır qəzaya düşdü, oğlan öldü - Yenilənib
12-09-2022, 15:33
7 613

Üç ay əvvəl evlənən cütlük ağır qəzaya düşdü, oğlan öldü - Yenilənib

Azərbaycanda kənd təsərrüfatı sahəsində çalışan gənc mütəxəssis dünyasını dəyişib.
Gənc aqronom Rauf Bəkirovun ölüm xəbərini onun yaxınları sosial şəbəkədə paylaşıblar. O, bu gün yol qəzasında vəfat edib.
***
Gənc aqronom Rauf Bəkirovun həlak olduğu yol qəzasının təfərrüatı məlum olub.
Ağır qəza ötən gün Kürdəmir rayonunun Köhünlü kəndi ərazisində, Kürdəmir-Zərdab yolunda qeydə alınıb. 1993-cü il təvəllüdlü Bəkirov Rauf Kamal oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən “TR-045”  markalı traktorla toqquşub. Daha sonra Raufun sürdüyü minik avtomobili qarşıdan gələn “Ford Transit”ə toxunaraq yolun kənarına aşıb. Nəticədə R.Bəkirov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişini, həyat yoldaşı Ruşanə Əliyeva isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya aparılıb.
Bildirilir ki, R.Bəkirov “Binə Agro” şirkətində aqronom kimi çalışırmış. O, bu il iyunun 22-də Ruşanə ilə ailə həyatı qurubmuş.
Hadisə yeni evlilər rayondan Bakıya qayıdarkən baş verib.





Oxşar xəbərlər