Oğlunun narkotik qəbul etməsindən şübhələnən ana özünü yandırdı
12-09-2022, 16:52
7 412

Oğlunun narkotik qəbul etməsindən şübhələnən ana özünü yandırdı

Bakıda 43 yaşlı qadın özünü yandırıb.

Dünən günorta saatlarında paytaxt sakini, 1979-cu il təvəllüdlü G.Məmmədova Respublika Yanıq Mərkəzinə çatdırılıb. Onun üzünün və yuxarı ətraflarının yandığı müəyyən edilib.

Hadisə ilə bağlı aparılan ilkin araşdırmalar zamanı qadının evdə oğlu ilə mübahisə etməsi və bu zəmində özünü yandıraraq intihara cəhd etməsi məlum olub. Belə ki, G.Məmmədova oğlu Turalın (şərti) evə gəlməməsi və onun narkotik vasitə qəbul etməsindən şübhələndiyi üçün əsəbiləşərək canına qıyıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər