Kürdəmirdə qardaş qardaşı BIÇAQLADI
16-09-2022, 10:44
1 809

Kürdəmirdə qardaş qardaşı BIÇAQLADI

Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report" bildirir ki, hadisə rayonun Şahsevən kəndində qeydə alınıb.
Belə ki, aralarında yaranan ailə münaqişəsi zəminində 32 yaşlı Əhmədov Rəşad Hacıağa oğlu qardaşı tərəfindən bıçaq xəsarəti alıb.
Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və əməliyyata götürülüb.
Hadisəni törədən qardaş isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Fakt araşdırılır.

Oxşar xəbərlər