Gürcüstanda silahlı şəxs bankda 12 nəfəri girov götürüb - YENİLƏNİB
20-09-2022, 13:51
7 933

Gürcüstanda silahlı şəxs bankda 12 nəfəri girov götürüb - YENİLƏNİB

Gürcüstan Daxili İşlər Nazirliyi “Gürcüstan Bankı”nın Kutaisi filialında girov götürülənlərlə bağlı məlumat yayıb.
Xarici KİV xəbər verir ki, silahlı şəxslər 12 nəfəri girov götürüb. 
Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onların tez və təhlükəsiz azad olunması istiqamətində bütün zəruri tədbirləri həyata keçirirlər.
***12:29
Gürcüstanın Kutaisi şəhərində banka silahlı basqın olub.  
Xarici KİV xəbər verir ki, silahlı şəxs Gürcüstan Bankı-nın filialına daxil olaraq bir neçə nəfəri girov götürüb. Maskalı şəxsin banka daxil olmasından sonra atəş səsi eşidilib.
ank filialının içərisində işçilər də daxil olmaqla,10-a yaxın adamın olduğu bildirilir. 
Hadisə ilə əlaqədar polis xüsusi əməliyyata başlayıb.  

Oxşar xəbərlər