“Torqovı“dakı məşhur restoranda qəfil ölüm
27-09-2022, 16:33
9 131

“Torqovı“dakı məşhur restoranda qəfil ölüm

Bakının mərkəzindəki "Dolma" restoranında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Qafqazinfo xəbər verir ki, sentyabrın 26-da saat 16 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən restoranda Gürcüstan vətəndaşı, 1991-ci il təvəllüdlü Rafiq Yasin oğlu Abdullayev qəfil vəfat edib.
Onun restoranda təmir işləri görərkən elektrik cərəyanının vurması nəticəsində ölməsi müəyyən edilib.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər