Buzovnada açıq ərazidə yanğın başladı
28-09-2022, 12:17
8 744

Buzovnada açıq ərazidə yanğın başladı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
FHN-dən verilən məlumata görə, ilkin məlumata əsasən, təqribən 1 ha sahədə quru ot və məişət tullantıları yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər